“Daha yaxşı nəticə əldə edə bilərdik, amma…” – “Bavariya”nın futbolçusu

“Bavariya”nın qapıçısı Manuel Noyer, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Liverpul”la 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qapıçı, qol buraxmadıqları üçün xoşbəxt olduğunu deyib:

“Rəqibin çox yaxşı hücumçularının və müdafiəçilərinin olduğunu bilirdik. “Liverpul” kompakt komandadır. Bizim üçün 0:0 hesabı pis nəticə deyil. Səfər oyununda qol vura bilməmək utancverici vəziyyət olmamalıdır. Əlbəttə, daha yaxşı nəticə əldə edə bilərdik, amma Almaniyaya qol buraxmadan qayıtmağımız hazırda çox yaxşı haldır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button