“Daha sakit oynaya bilərdik” – Murad Musayev

“Sabah”ın baş məqşçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Burada oynamaq heç bir komanda üçün asan deyil. “Qəbələ” və “Qarabağ” da bu meydanda uduzub. Ona görə də 90 dəqiqə ərzində konsentrasiyanı saxlamaq lazım idi. Hücumlarımız yaxşı alınırdı. Amma sonluqlar istənilən kimi deyildi. Daha sakit oynaya bilərdik. Əsas odur ki, inamlı qələbə qazandıq. Rəqibə hörmətlə yanaşdıq. Bilirdik ki, rəqibi ciddiyə almasaq, bizə baha başa gələcək. Daha çox qol vura bilərdik, fürsətləri boşa verdik. Amma bu, arxayınlıqla bağlı deyildi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button