Daha bir Super Liqa klubunda koronavirus şoku

Özbəkistanın daha bir klubunun futbolçuları koronavirusa yoluxub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu, “Buxara” klubudur. Buxara təmsilçisinin 8 futbolçusunda koronavirus aşkarlanıb. Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb.

“Buxara” 4-cü Özbəkistan klubudur ki, futbolçuları koronavirusa yoluxur. Bir müddət əvvəl Özbəksitan Super Liqasının “Bunyodkor”, “Surxan” və “Paxtakor” klubunun da futbolçularında virus aşkarlanmışdı.