Daha bir ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi

Futbol üzrə Macarıstan çempionatında azarkeşlər oyunları stadiondan izləyə biləcəklər.

Komanda.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, fanatlar müəyyən olunmuş qaydalara əməl etmək şərtilə tribunalara buraxılacaqlar. Belə ki, hər oturacağın arasında üç boş yer saxlanılmalı, həmçinin azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdı. Fanatların matçlar zamanı tribunlarda əyləşməsinə klublar ciddi nəzarət etməlidi. Əks halda onlar cərimə olunacaqlar.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Macarıstan çempionatında 2019/20 mövsümü mayın 23-dən bərpa olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button