Daha bir ölkədə çempionat bərpa olundu

Futbol üzrə Kosta Rika çempionatı bərpa olunub.

Komanda.az xəbər verir ki, 16-cı tur çərçivəsində “Quadalupe” evdə “Limon”u 1:0, “Alaxuelense” isə səfərdə “Kartaxines”i 2:0 hesabı ilə məğlub edib.

Oyunlar azarkeşsiz keçirilib, ehtiyatdakı oyunçular tribunalarda əyləşib. Qarşılaşmalarda 5 əvəzetməyə icazə verilib.

Qeyd edək ki, Amerika qitəsində koronavirus pandemiyasının yayılmasından sonra ilk dəfə Kosta Rika çempionatı bərpa olunub.