Daha bir çempionatda yeni mövsümə start verildi

Futbol üzrə Tacikistan çempionatında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, bütün dünyada koronavirus pandemiyası səbəbilə əksər futbol birincilikləri təxirə salındığı halda, taciklər ölkə çempionatına bu gün start veriblər.

İlk oyun günündə üç qarşılaşma baş tutub. “Xatlon” “İstaravşan”ı 2:1 hesabıyla məğlub edibsə, “Kuktoş” – “Reqar TadAZ” (0:0) və “Lokomotiv” (Pamir) – “Fayzkand” (2:2) oyunlarında qalib müəyyənləşməyib. İlk turun qalan iki oyunu isə aprelin 8-də keçiriləcək.

Xatırladaq ki, ötən gün Tacikistan superkuboku uğrunda da oyun keçirilmiş və “İstiklol” “Xudjand”ı 2:1 hesabıyla məğlub edərək fəxri mükafata sahib çıxmışdı. Tacikistan Futbol Federasiyasının qərarı ilə həm superkubok, həm də bugünkü çempionat oyunları azarkeşsiz keçirilib.

Tacikistandan əlavə, hazırda Belarus, Burundi və Nikaraquada da koronavirusa rəğmən, futbol yarışları davam etdirilir.

Tacikistan koronavirusun ilk yayıldığı Çinlə həmsərhəd olmasına baxmayaraq, burada sözügedən pandemiyaya heç bir yoluxma qeydə alınmadığı iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button