Daha 3 hakimdə koronavirus aşkarlandı – Türkiyədə

Türkiyədə daha 3 futbol hakimində koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Super Liqa və TFF 1-ci Liqada hər turdan öncə hakimlərdən koronavirus testi götürülüb. Bu həftə 3 referinin testi müsbət nəticə verib.

Onlardan ikisinin aşağı, birinin isə regional liqada idarəçilik etdiyi bildirilib. Hər 3 referi 14 gün ərzində karantində qalacaq.

Qeyd edək ki, Türkiyədə bundan əvvəl də bir neçə hakimdə koronavirus aşkarlanmışdı.