Daha 2 oyun koronavirusa görə təxirə salındı – Belarusda

Futbol üzrə Belarus çempionatının 9-cu turunun “Minsk” – “Neman” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə bir qərarın qəbul olunmasına paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsinin olması səbəb göstərilir. Sözügedən qarşılaşma mayın 15-də keçirilməli idi.

Həmçinin mayın 16-na nəzərdə tutulan 1-ci liqanın 5-ci turunun “Arsenal” (Dzerjinsk) – “Lokomotiv” (Qomel) görüşü də eyni səbəbdən keçirilməyəcək. Bu klublardan da “Arsenal”da futbolçular arasında koronavirusa yoluxanların olduğu bildirilir.

Qeyd edək ki, pandemiyaya baxmayaraq, Belarus hazırda çempionatı davam edən yeganə Avropa ölkəsidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button