Dadaşovun komandası finalda “Portu”ya məğlub oldu

Futbol üzrə Portuqaliya kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Portu” ilə azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” qarşılaşıb.

Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə (3:1) sevinən “Portu” tarixində 18-ci dəfə Portuqaliya kubokunun qalibi olub.

Renat da bu görüşün iştirakçısı olub. O, finalda 56-cı dəqiqədən etibarən meydanda olub.