Dadaşovun komandası kubokda mərhələ adladı

Futbol üzrə İsveçrə kubokunda 2-ci mərhələnin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshoppers” də bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Lozanna Uşi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Bu qələbə “Qrasshoppers”i növbəti mərhələyə çıxarıb.

Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button