Dadaşovun 90 dəqiqəsi

Futbol üzrə Almaniya 3-cü liqasında 5-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası səfərdə “Vurzburqer”lə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Dadaşovun komandası 5 turdan sonra 7 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button