Dadaşovsuz məğlubiyyət

Futbol üzrə Portuqaliya Sequndasında 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Aroka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Ötən tur birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan millimizin forvardı cəza səbəbindən bu oyunu buraxmalı olub.

“Eştoril” 33 oyuna topladığı 51 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button