Dadaşovlu “Tondela” “Sportinq”lə bacarmadı

Futbol üzrə Portuqaliya çempionatında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sportinq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

“Tondela” 12 turdan sonra 12 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button