Dadaşovlu “Eştoril” yenə uduzdu

Futbol üzrə Portuqaliya Sequndasında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Famalikan” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.

“Eştoril” 17 oyuna topladığı 30 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.