Dadaşov oynadı, “Vulverhempton” 1 xalla kifayətləndi

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda “Lids”dən olan həmyaşıdları ilə üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib – 2:2.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

“Vulverhempton”un gəncləri bu oyundan sonra yer aldıqları H qrupunda 7 xalla liderdilər.