Dadaşov “Liverpul”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası 17-ci tur çərçivəsində doğma meydanda “Liverpul”un U-23 kollektivi ilə üz-üzə gəlib. “Vulverhempton” bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Vulverhempton”un gəncləri bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıblar.