Dadaşov Dortmund “Borussiya”sına qarşı oynadı

Almaniyanın “Proyssen” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Münster klubu Almaniya Bundesliqasında mübarizə aparan Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib.

Üçüncü bundesliqa təmsilçisi bu oyunda 4 cavabsız qola üzülüb. Elita təmsilçisinin heyətində Mario Qötse dubla imza atıbsa, Leonardo Balerdi və Dan-Aksel Zaqadu hərəyə bir dəfə fərqlənib.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.