Dadaşov darmadağına üzüldü

Futbol üzrə Almaniya 3-cü Liqasında 37-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda “Karlsrue” ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

Dadaşovun komandası 36 turdan sonra 52 xalla 7-ci pillədə qərarlaşıb.