Dadaşov 90 dəqiqə oynadı, komandası…

Futbol üzrə Portuqaliya çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Eştoril”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı hücumçu 75-ci dəqiqədə sarı vərəqə də alıb.

“Tondela” 5 turdan sonra 3 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.