“Futbolda toxunulmaz bir insanın olduğunu düşünürəm və bu, Messidir”

PSJ-nin braziliyalı futbolçusu Dani Alveş, Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona”nın “Liverpul”a məğlub olmasından sonra tənqid olunan Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, vaxtilə Kataloniya klubunun formasını geyinən Alveş, Messiyə dəstək olub:

“İlk oyundan sonra hər kəs Messinin başqa dünyadan olduğunu dedi. İkinci oyundan sonra isə tənqidlər başladı. Futbolda toxunulmaz bir insanın olduğunu düşünürəm və bu, Messidir.

Komandada işlər yaxşı getməsə belə, Messi hər zaman yaxşı futbolçudur. Kriştiano Ronaldo, Messi və Neymarın oynadığı komandalarda işlər yaxşı olanda, onların üzdə olmaları normaldır. Amma hər şey pis olanda, onları günahlandırmamalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button