Dəniz Yılmaz üçün yeni baş məşqçi

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq paytaxt klubu Mustafa Kaplanla anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi ilə yeni baş məşqçi arasında 1 illik müqavilə imzalanıb.

Mustafa Kaplan son olaraq “Ankaragücü”nü çalışdırıb. O, sözügedən klubla bir neçə gün əvvəl yollarını ayırıb.

“Gənclərbirliyi”ndə Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button