Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Altay”la qarşılaşıb. Yılmazın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

“Gənclərbirliyi” hazırda 51 xalla 18 kollektiv arasında 1-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button