Dəniz Yılmazın klubunda baş məşqçi istefası

Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi İbrahim Üzülməz istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Üzülməz martda “Gənclərbirliyi” klubuna baş məşqçi təyin olunmuşdu. Onun rəhbərlik etdiyi kollektiv Türkiyə 1-ci Liqasında mövsümü 70 xalla ikinci pillədə başa vuraraq, Super Liqaya vəsiqə qazanıb.

“Gənclərbirliyi”ndə Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz forma geyinir.