Dəniz Yılmaz üçün yeni baş məşqçi

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi komandanı bundan sonra İbrahim Üzülməz çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

O, bir müddət əvvəl istefaya göndərilən Erkan Sözərini əvəzləyib. Üzülməz paytaxt təmsilçisi ilə ilyarımlıq müqaviləyə imza atıb.

Türkiyə 1-ci liqasında mübarizə aparan “Gənclərbirliyi” 24 turdan sonra 48 xalla 2-ci sırada qərarlaşıb.