23 dəqiqə, 3 xal və liderlik

Futbol üzrə Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Balıkəsirspor”la qarşılaşıb. Yılmazın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dəniz də bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb.

“Gənclərbirliyi” hazırda 61 xalla 18 kollektiv arasında 1-cidir.