Çox sevincliyəm – Ronaldo

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya superkubokunda “Milan”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Ronaldo, “Yuventus”la ilk kuboku qazandığı üçün xoşbəxt olduğunu deyib:

“Çətin oyun oldu. Yaxşı oynayaraq, bir çox qol imkanları yaratdıq. Qələbə qolunu vurduğum üçün də sevincliyəm.

2019-cu ilə titulla başlamaq xoşdur. Bu həm də mənim “Yuventus”la qazandığım ilk kubokdur. Çox xoşbəxtəm.

A Seriyasını qazanmaq “Yuventus”un həmişə əsas hədəfi olub. Hazırda turnir cədvəlində vahid liderik. Qarşımızda uzun müddət var”.

“Yuventus” İtaliya superkubokunda Ronaldonun 61-ci dəqiqədə vurduğu qolla “Milan”ı məğlub edərək, qalib olub.