Çovdarov geri döndü

Heyətini gücləndirməyə davam edən “Araz” futzal klubu növbəti transferini həyata keçirib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, son çempion bu dəfə Ramiz Çovdarovu heyətinə qatıb.  Keçən mövsümün qış fasiləsində EKOL-a keçən Çovdarov “yaşıllar”la ölkə kubokunu qazanıb, Yüksək Liqanı 3-cü pillədə başa vurub.