ÇL və Konfederasiya Kubokunun oyunları təxirə salındı

Afrika Futbol Konfederasiyası (CAF) koronavirus pandemiyasına görə daha iki yarışın oyunlarını təxirə salıb.

Komanda.az xəbər verir ki, söhbət Afrika Çempionlar Liqasından və Konfederasiya Kubokunun oyunlarından gedir.

CAF-nin rəsmi saytının yaydığı məlumata görə, hər iki turnirin 1-3 may və 8-10 mayda keçirilməsi planlaşdırılan yarımfinal qarşılaşmaları qeyri-müəyyən müddətə təxirə salınıb.

Təxirə salınan oyunların yeni tarixinin daha sonra açıqlanacağı diqqətə çatdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button