ÇL və Konfederasiya Kubokunun final oyunları təxirə salındı

Afrika Futbol Konfederasiyası (CAF) koronavirus pandemiyasına görə qitənin ən önəmli iki yarışının final oyunlarını təxirə salıb.

Komanda.az xəbər verir ki, söhbət Afrika Çempionlar Liqasından və Konfederasiya Kubokunun həlledici oyunlarından gedir.

CAF-nin rəsmi saytının yaydığı məlumata görə, Konfederasiya Kubokunun mayın 24-də, ÇL-in isə mayın 29-da keçirilməsi nəzərdə tutulan final qarşılaşmaları qeyri-müəyyən müddətə təxirə salınıb.

Həmin oyunların yeni tarixinin daha sonra açıqlanacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, CAF daha öncə bu iki turnirin 1-3 may və 8-10 mayda keçirilməsi planlaşdırılan yarımfinal qarşılaşmalarının da qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.