ÇL oyunu texniki nasazlığa görə gec başladı

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Vilyarreal” – “Mançester Yunayted” matçı nəzərdə tutulandan gec başlayıb.

Komanda.az xəbər verir ki, İspaniyada təşkil olunan qarşılaşmanın gec başlamasına Feliks Brixin başçılıq etdiyi hakimlər briqadasının əlaqə sistemindəki texniki problem səbəb olub.

Nəticədə görüş nəzərdə tutulandan 8 dəqiqə gec – Bakı vaxtı ilə saat 21:53-də start götürüb.