ÇL matçı öncəsi 2 nəfərdə koronavirus aşkarlandı – “Atletiko”da

İspaniyanın “Atletiko” klubunda iki nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə UEFA Çempionlar Liqasının Portuqaliyadakı final mərhələsinə yollanmazdan öncə verilən testlərdən ikisinin müsbət nəticələndiyi diqqətə çatdırılıb. Yoluxanların adları açıqlanmır. Həmin iki nəfər Lissabona aparılmayıb.

Qeyd edək ki, “Atletiko” avqustun 13-də 1/4 finalda Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button