ÇL: Həftənin ən yaxşısı məlum oldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Bavariya”nın futbolçusu Kinqsi Komandır.

Koman “Bavariya”nın “Atletiko”nu 4:0 hesabı ilə məğlub etdiyi oyunda iki qolla yadda qalıb.