ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Mançester Yunayted”dən Bruno Fernandes, “Borussiya”dan (Dortmund) Ceydon Sanço, “Ayaks”dan Duşan Tadiç və “Atalanta”dan Robin Qosens namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.