Çempionlar Liqasının final matçı İstanbulda keçirilməyəcək?

UEFA Çempionlar Liqasının final oyunu əvvəldən planlaşdırıldığı kimi İstanbulda keçirilməyə bilər.

Komanda.az “Sky İtalia”ya istinadən xəbər verir ki, UEFA, final matçının ev sahibliyini İstanbuldan almaq fikrindədir. Bildirilir ki, Türkiyədə koronavirusla bağlı qorxu və qeyri-müəyyənliyin davam etməsi qurumu narahat edir. Təhlükəsizliyin təmin olunmayacağından ehtiyatlanan ali futbol qurumu, final oyununun qapalı qapılar arxasında oynanılması fikrinə də qarşıdır.

Final qarşılaşmasının Almaniyada keçirilməsinin planlaşdırıldığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button