“Barselona”dan yeni rekord

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Lion”u 5:1 (ilk oyun 0:0) hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada Kataloniya təmsilçisi yeni rekorda imza atıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb.

“Barselona” Çempionlar Liqasında ardıcıl 30 ev oyunudur ki, məğlub olmur. Kataloniya təmsilçisi bu matçlarda 27 dəfə qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib. Bu göstərici ÇL-də yeni rekord sayılır.

Bundan əvvəlki rekord “Bavariya” klubuna aid idi. Münhen təmsilçisi 1998-2002-ci illər aralığında ÇL-də ardıcıl 29 ev oyununda məğlub olmamışdı.