“Milan” “Çelsi”yə böyük hesabla uduzdu, PSJ xal itirdi

Dünən UEFA Çempionlar Liqasında qrup mərhələsinin  3-cü turuna start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 oyun keçirilib.

Gecənin ən maraqla gözlənilən matçı İtaliyada baş tutub. “İnter” doğma meydanda “Barselona”nı qəbul edib. Bu oyunda meydan sahibləri tək qolla 3 vacib xal qazanıblar. C qrupunun lideri “Bayern” isə Almaniyada Plzen “Viktoriya”sını 5 cavabsız qolla məğlub edib.

Daha bir vacib görüş A qrupunda olub. İlk 2 turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən “Napoli” Niderlandda “Ayaks”ın qonağı olub. Neapol təmsilçisi səfərdə darmadağına sevinib. Bu qrupun digər matçında isə “Liverpul” “Reyncers”lə üz-üzə gəlib və inamlı qələbə qazanıb.

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub.

Son oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma keçirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Xorvatiya “Dinamo”su (Zaqreb) Avstriyada “Zalsburq”un qonağı olub. Mahirin sonadək ehtiyatda qaldığı bu matç Zaqreb təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. E qrupunun digər matçında isə “Çelsi” İngiltərədə “Milan”ı qəbul edib və darmadağına sevinib.

F qrupunda turnirin son qalibi “Real” Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb. “Leypsiq” isə evdə “Seltik” üzərində inamlı qələbəyə imza atıb.

G qrupunda “Mançester Siti” “Kopenhagen”i darmadağın edibsə, “Sevilya” evdə Dortmund “Borussiya”sına böyük hesabla uduzub.

H qrupunda “Yuventus” Hayfa “Makkabi”sini məğlub yola salıb. “Benfika” isə PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Paris təmsilçisi səfərdən 1 xalla dönüb.

Çempionlar Liqası, qrup mərhələsi, 3-cü tur

4 oktyabr

A qrupu

Liverpul (İngiltərə) – Reyncers (Şotlandiya) 2:0
Qol
: Aleksandr-Arnold, 7. Salah, 53-pen.

Ayaks (Niderland) – Napoli (İtaliya) 1:6
Qol
: M.Kudus, 9 – Raspadori, 18; 47. Di Lorenso, 33. Zelinski, 45. Kvaratsxeliya, 63.

Xal: Napoli – 9. Liverpul – 6. Ayaks – 3. Reyncers – 0.

B qrupu

Portu (Portuqaliya) – Bayer (Almaniya) 2:0
Qol
: Zaydu, 69. Qaleno, 87.

Brügge (Belçika) – Atletiko (Madrid, İspaniya) 2:0
Qol
: Sovah, 36. Yutqla, 62.

Xal: Brügge – 9. Portu – 3. Bayer – 3. Atletiko – 3.

C qrupu

Bayern (Almaniya) – Viktoriya (Plzen, Çexiya) 5:0
Qol
: Sane, 7; 50. Qnabri, 13. Mane, 21. Şupo-Motinq, 59.

İnter (İtaliya) – Barselona (İspaniya) 1:0
Qol
: H.Çalhanoğlu, 45+2.

Xal: Bayern – 9. İnter – 6. Barselona – 3. Viktoriya – 0

D qrupu

Olimpik (Marsel, Fransa) – Sportinq (Portuqaliya) 4:1
Qol
: A.Sançes, 13. Harit, 16. Balerdi, 28. Mbemba, 84 – Trinkao, 1.

Ayntraxt (Almaniya) – Tottenhem (İngiltərə) 0:0

Xal: Sportinq – 6. Tottenhem – 4. Ayntraxt – 4. Olimpik – 3.

5 oktyabr

E qrupu

Zalsburq (Avstriya) – Dinamo (Zaqreb, Xorvatiya) 1:0
Qol
: Okafor, 71.

Çelsi (İngiltərə) – Milan (İtaliya) 3:0
Qol
: Fofana, 24. Obameyanq, 56. R.Ceyms, 62.

Xal: Zalsburq – 5. Çelsi – 4. Milan – 4. Dinamo – 3.

F qrupu

Leyptsiq (Almaniya) – Seltik (Şotlandiya) 3:1
Qol
: Nkunku, 27. A.Silva, 64; 77 – Jota, 47.

Real (İspaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 2:1
Qol
: Rodriqo, 13. Vinisius, 28 – Zubkov, 39.

Xal: Real – 9. Şaxtyor – 4. Leyptsiq – 3. Seltik – 1.

G qrupu

Mançester Siti (İngiltərə) – Kopenhagen (Danimarka) 5:0
Qol
: Haland, 7; 32. Xoçolava, 39-öz qapısına. Mahrez, 55-pen. X.Alvares, 76.

Sevilya (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 1:4
Qol
: En Nesiri, 51 – R.Gerrero, 6. Bellingem, 41. Adeyemi, 43. Brandt, 75.

Xal: Mançester Siti – 9. Borussiya – 6. Sevilya – 1. Kopenhagen – 1.

H qrupu

Yuventus (İtaliya) – Makkabi (Hayfa, İsrail) 3:1
Qol
: Rabyo, 35; 83. Vlahoviç, 50 – David, 75.

Benfika (Portuqaliya) – PSJ (Fransa) 1:1
Qol
: Danilo, 41-öz qapısına – Messi, 22.

Xal: PSJ – 7. Benfika – 7. Yuventus – 3. Makkabi – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button