Çempionlar Liqası: 1/4 mərhələnin və yarımfinalın püşkü atıldı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatma UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.

Saat 15:00-da start götürən püşkatma iki İngiltərə klubunu – “Tottenhem”lə “Mançester Siti”ni üz-üzə qoyub. Turnirin favoritlərindən sayılan “Barselona” bu mərhələdə “Mançester Yunayted”lə, “Yuventus” isə “Ayaks”la qarşılaşacaq.

ÇL-də 1/4 final mərhələsinin ilk oyunları aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalın ilk görüşləri 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində oynanılacaq.

Çempionlar Liqası, 1/4 final mərhələsi
Tottenhem (İngiltərə) – Mançester Siti (İngiltərə)
Liverpul (İngiltərə) – Portu (Portuqaliya)
Barselona (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Ayaks (Hollandiya) – Yuventus (İtaliya)

Çempionlar Liqası, yarımfinal
Tottenhem/Mançester Siti cütünün qalibi – Ayaks/Yuventus cütünün qalibi
Barselona/Mançester Yunayted cütünün – Liverpul/Portu cütünün qalibi