FİFA-ya görə karyerasını bitirə bilər

Çinin “Tsindao Haynyu” klubunda forma geyinən Yaya Ture karyerasını bitirməyə hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. Ture, FİFA-da çalışmaq üçün karyerasını bitirə biləcəyini deyib:

“Daha bir il oynamaq istəyirəm. Amma FİFA-ya qoşulmaq və onlarla birgə irqçiliyə qarşı mübarizə aparmaq üçün karyeramı bitirə bilərəm”.

Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin Çin təmsilçisi ilə müqaviləsi ilin sonunda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button