Fellaini “Tottenhem”ə keçir? – Açıqlama

Çinin “Şandun Lunen” klubunda forma geyinən Maruan Fellaini “Tottenhem”ə transfer olunacağıyla bağlı çıxan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan 32 yaşlı yarımmüdafiəçi, Çində özünü yaxşı hiss etdiyini deyib:

“Joze Mourinyo mənim üçün xüsusi biridir. Onunla mesajlaşırıq. İndi “Tottenhem”ə baş məşqçi təyin olunub və işləri yaxşı gedir. Onun üçün ən yaxşısını arzulayıram. Mən burda özümü yaxşı hiss edirəm”.

Fellaini ilə Mourinyo birlikdə daha əvvəl “Mançester Yunayted”də çalışıblar.

Bu yay “Şandun Lunen”ə keçən Fellaininin müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button