“Hədəfim Avropaya qayıtmaqdır” – Kannavaro

Çinin “Quançjou Everqrand” komandasını çalışdıran Fabio Kannavaro gələcək hədəflərini açıqlayıb.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Kannavaro, Avropaya qayıtmaq istədiyini deyib:

“Hədəfim Avropaya qayıtmaqdır. Böyük mütəxəssislərlə rəqabət aparmaq istəyirəm. Ancaq əvvəlcə buna hazır olmalıyam. Buna görə də, burda çalışıb, təcrübə qazanıram”.

Kannavaro bir müddət əvvəl “Quançjou Everqrand” klubundakı işindən istefa versə də, daha sonra yenidən komandaya qayıdıb. Onun Çin təmsilçisiylə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Kannavaro futbolçu karyerasında bir dəfə İtaliya millisi ilə dünya çempionu olub.