Çin yığmasında Kannavaro dönəmi

Futbol üzrə Çin yığma komandasına yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, Çin Futbol Federasiyası bu vəzifəyə italiyalı gənc mütəxəssis Fabio Kannavaronu gətirib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Kannavaro Çinin “Quançjou Everqrand” klubunun baş məşqçisi idi. O, bu ölkənin milli komandası ilə yanaşı, sözügedən klubu da çalışdırmağa davam edəcək.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis Çin yığmasında həmyerlisi Marsello Lippini əvəz edib.