Medel Messiylə razılaşdı: “İkimiz də…”

Çili millisinin üzvü Qari Medel Amerika kubokunun bürünc medalı uğrunda Argentinaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Medel, 37-ci dəqiqədə qırmızı vərəqə alan Lionel Messi haqda da danışıb:

“Messinin açıqlamalarına qatılıram. İkimiz də sarı vərəqə almalı idik. Hakim səhv etdi, meydandakı futbolu da çirkinləşdirdi”.

Messi verdiyi açıqlamada hakimin səhv qərar verdiyini demişdi.

Argentina millisi Çilini 2:1 hesabıyla məğlub edərək, 3-cü yeri tutub.