“İndiyədək “Borussiya” ilə “Mançester Yunayted” arasında heç bir danışıq olmayıb”

“Borussiya”nın (Dortmund) idman direktoru Mixael Çork “Mançester Yunayted”ə transfer ediləcəyi deyilən Ceydon Sanço ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, bu iddiaları yalanlayıb:

“Ceydon Sançonun məşq düşərgəsinə gedəcəyini və bu mövsüm bizimlə oynayacağını hesab edirəm. İndiyədək “Borussiya” ilə “Mançester Yunayted” arasında heç bir danışıq olmayıb”.