27 yaşlı futbolçu karyerasını bitirdi – Zədəsinə görə

Çexiyanın “Sparta” klubunun futbolçusu Vatslav Kadleç karyerasını başa vurub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu dizindəki zədə səbəbilə sabah növbəti əməliyyatını keçirəcək. Futbolçu, bir neçə gün əvvəl zədə ucbatından peşəkar karyerasını davam etdirə bilmədiyini kluba bildirərək, karyerasını bitirdiyini açıqlayıb.

Klub futbolçu ilə müqavilənin davam edəcəyini, eyni zamanda əməliyyatdan sonra sağalma prosesində Kadlecə kömək edəcəyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button