Panenka koronavirusa yoluxdu

Çexiyanın “Bohemians” klubunun prezidenti Antonin Panenka koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb. Xəbərdə, 71 yaşlı funksionerin koronavirusa yoluxduğu bildirilib.

Futbolda “panenka zərbəsi” kimi adlanan penalti vuruşu Antoninin adıyla bağlıdır. Sabiq yarımmüdafiəçi, 1976-cı ildə Çexslovakiya ilə Qərbi Almaniya arasında keçirilən Avropa çempionatının final matçında vurduğu penalti zərbəsiylə məşhurlaşmışdı.