Çexiya millisi koronavirus aşkarlanan heyəti dəyişdi

Futbol üzrə Çexiya yığmasında bir neçə futbolçunun koronavirusa yoluxduğunu və bu komandanın UEFA Millətlər Liqası çərçivəsində Şotlandiya ilə matçının təxirə salınacağını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, çexlər bu vəziyyətdən başqa çıxış yolu tapıblar.

Belə ki, komandanın koronavirusa yoluxmuş oyunçuları başqaları ilə əvəzlənib. Bu üzdən də Çexiya yığmasının bazar ertəsi Millətlər Liqasının ev matçında Şotlandiya seçməsinə qarşı oynamasında problem olmayacaq. Yığmada əvəzetmələrlə əlaqədar şotlanlarla matç zamanı futbolçulara David Qoloubek rəhbərlik etməli olacaq. O, yığmanın 18 yaşa qədər oyunçularına məşq keçir.

Qeyd edək ki, bir neçə gün öncə Çexiya Futbol Federasiyası milli üzvlərindən bir neçəsində koronavirus aşkarlandığı üçün şotlandlarla matçı keçirə bilməyəcəklərini açıqlamışdı.

UEFA Millətlər Liqasının qrup mərhələsinin birinci turunda Çexiya yığması Slovakiyaya 3:1 hesabı ilə qalib gəlib. Bu gün keçiriləcək Çexiya – Şotlandiya matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button