Çex “Çelsi”yə qayıdır?

Cari mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan “Arsenal”ın qapıçısı Petr Çex keçmiş klubu “Çelsi”yə geri qayıtmağa hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” 36 yaşlı qolkiperə klubda vəzifə vermək qərarına gəlib. Çexin də “Çelsi”yə qayıtmağa müsbət yanaşdığı, klubun sahibi Roman Abramoviçlə münasibətlərinin yaxşı olduğu bildirilir.

Çexiyalı qapıçı 2004-2015-ci illərdə “Çelsi”nin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button