Çex əvəzedici heyətdə meydana çıxacaq?

“Çelsi”nin qapıçısı, həm də klubda texniki müşavir olaraq çalışan Petr Çex yenidən London komandasının formasında meydana çıxa bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, əvəzedici heyətdə “Tottenhem”lə oyunda meydana çıxa bilər. Belə ki, əvəzedici komanda qapıçı çatışmazlığı ilə üzləşib. Əsas qolkiper Lukas Berqstryom dünən U-18-in heyətində meydana çıxıb. Onun əvəzləyicisi Karlo Jiqer isə əsas komandanın hazırlıqlarında iştirak edir. Komanda koronavirus testlərinin nəticəsini gözlədiyi üçün Jiqeri əvəzedici heyətə göndərmək istəmir. Bu səbəblə, adı əsas komandanın iştirak ərizəsinə daxil edilən Çexin əvəzedicilərin heyətində meydana çıxması ehtimal edilir.

Çex 2019-cu ildə karyerasını bitirsə də, bir müddət əvvəl London klubu onu əsas heyətin siyahısına əlavə etmişdi.

“Tottenhem”lə oyun sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button