“Qattuzo futbolçuları ilə qürur duymalıdır” – Spaletti

İtaliya A Seriyasının son turunda “Milan”a 3:2 hesabı ilə qalib gələn “İnter”in baş məşqçisi Luçano Spaletti matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, “Milan”ın oyununu dəyərləndirib:

“Bu gün “İnter” yaxşı oynadı. Paltardəyişmə otağında hər kəsə təşəkkür etdim. Azarkeşlərə də təşəkkür edirəm. Onlar çətin anda komandanın yanında olduqlarını göstərdilər.

“Milan” yaxşı oyun göstərdi. Cennaro Qattuzo futbolçuları ilə qürur duymalıdır. Belə oyunlarda hər kəs məğlub ola bilər. “Milan” belə bir derbiyə layiq idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button