Cenk Tosun İngiltərədə klubunu dəyişdi – RƏSMİ

Futbol üzrə Türkiyə millisinin hücumçusu Cenk Tosun İngiltərədə klubunu dəyişib.

Komanda.az xəbər verir ki, “Everton”a məxsus olan 28 yaşlı futbolçu bu gün Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”a keçib. Tibbi baxışdan uğurla keçən hücumçu yeni klubuna mövsümün sonuna kimi icarəyə verilib. Artıq o, yeni komandasında ilk məşqə də çıxıb.

Xatırladaq ki, bu mövsüm “Everton”da 8 matça çıxan Tosun 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyəli forvardın yeni komandası Premyer Liqada 21 turdan sonra 28 xalla 9-cu sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button